İran zindanlarında Azrbaycanlılar yapılanlar (Azerbaycanca)

Sponsorlu Bağlantılar

Durum
Üzgünüz bu konu cevaplar için kapatılmıştır...
Ismayilov_Elcin

Ismayilov_Elcin

Üye
    Konu Sahibi
İran zindanlarında Azrbaycanlılar yapılanlar (Azerbaycanca)
“Gördülər danışmıram, dilimi kəsdilər” “Bədənimə heyva yağı sürtüb, siçovulları üstümə buraxdılar” Bakı. Könül Cəfərli - APA. “Məni 18
saat ayaq üstə saxladılar. Günlərlə
yatmağa qoymadılar. İran rejimi üçün
qadın-kişi fərq etməz. Fəridə adlı bir
siyasi məhbus da var idi. Ona da ağır
işgəncələr verilmişdi. Ümumi zindanda milli fəalları canilərlə, ağır
narkomanlarla bir yerdə saxlayırlar.
Siyasi məhbusların həyatı hər an
təhlükədə olur. Zindanda bizə
insanlığa sığmayan işgəncələr verir,
sonra da islamın əmridir deyib, oruc tutmağa məcbur edirdilər. Günlərlə
yemək vermirdilər. Siyasi məhbuslar
edam intizarında qalırdılar. Zindanda
məhbusun pulu olmasa, acından
ölər”. Bunu APA-ya açıqlamasında
İran həbsxanasında dustaqlıq yaşamış, 1979-cu ildə Arazbar
(Xudafərin) bölgəsinin Sarıcalı
kəndində doğulan, 2009-cu ildən
Türkiyədə siyasi mühacir həyatı
yaşayan Elçin Hatəmi deyib. E. Hatəmi bildirib ki, o, Tehran
Universitetində magistr təhsili alıb:
“İxtisasca mühəndisəm. Mən və
başqa milli fəallar İranda
azərbaycanlıların haqlarını
qazanmaları uçun sivil və sağlam formada mübarizə aparırdıq. Məsələn,
Təbriz və Tehran şəhərlərində elmi
konfranslar keçirir, Babək qalasına
yürüşlər təşkil edir, millətimizi bu
mübarizədə daha fəal olmağa
çağırırdıq. Tam mədəni şəkildə, beynəlxalq hüquq çərçivəsində
fəaliyyət göstərsək də, ayrı-ayrı illərdə
4 dəfə həbs edildim. Sonuncu dəfə
2008-ci ildə tutuldum. “Ettelaat”ın
Təbriz şöbəsində, Tehrandakı “Evin”
zindanında, Təbrizin şəhər və ümumi zindanlarında olmuşam. Pantürkizm,
İran rejimi əleyhinə təbliğat aparmaq,
xarici ölkələrin maraqları naminə
fəaliyyət göstərmək, dövlət çevrilişi
üçün təşkilatlanmaqda ittiham
olunurdum”. E. Hatəmi deyib ki, həbsxanada hər
cür işgəncə üsulunun şahidi olub:
“Ağla gələn bütün işgəncələri siyasi
məhbuslara tətbiq edirlər: siqaretlə
dağlamaq, əl-ayağı sındırmaq, dırnaq
çəkmək, ölümlə təhdid etmək, bədəninə və başına elektrik cərəyanı
vermək, huşu itirənə qədər şallaqla
döymək və s. Bu əziyyətlərlə sağlam
insan ağlını itirə bilər. “Ettelaat”da
olanda işgəncə verilən dostlarımızın
fəryadını, çığırtılarını eşidirdik. Elektrik verdikləri dostlarımdan biri infarkt
keçirdi. Sonra da qışda başına buzlu
su tökərək 20 gün oyaq saxladılar.
Başqa bir dostumu o qədər döydülər
ki, dişləri və qabırğaları sınmışdı”. E. Hatəmi bildirib ki, onları QİÇS,
hepatit və başqa infeksion xəstəlikli
məhbuslarla birgə saxlayıblar:
“Məqsəd oldu ki, bu yolla həm
infeksiyaya yoluxdursunlar, digər
tərəfdən də dünyaya car çəksinlər ki, bizdə siyasi məhbus yoxdur.
Zindanlarda QİÇS, hepatit xəstəliyi,
narkotik alveri baş alıb gedir.
Məhbusların az qala 70 faizini
narkotikaya aludə ediblər. Bəzi
siyasiləri zindandan çıxandan sonra müxtəlif yollarla - avtomobil qəzası və
s. üsullarla öldürürlər. 2006-cı ilim
may hadisələrində soydaşlarımız dinc
yolla mitinqlər keçirirdilər. Yüzdən
çox insanı elə mitinqlərdə
güllələdilər”. 1965-ci ildə Muğanda anadan olmuş,
hazırda Azərbaycan Respublikasında
yaşayan siyasi mühacir Babək
Muğanlı isə APA-ya deyib ki, yazdığı
şeirlərə görə, onu dəfələrlə həbs
ediblər: “Ərdəbil, Təbriz, Muğan (Parsabad) zindanlarında 3 il qaldım.
6 ay ailəm məndən xəbər ala bilmədi.
Burnunu divara söykəməklə lüt
saxlamaq, təcavüz etmək, tavandan
başı üstə saatlarla asılı saxlamaq
zindanda məhbuslara verilən işgəncələrin bir qismidir. 1979-cu il
inqilabının ilk illərində ayətullah
Xomeyninin verdiyi fətvaya görə,
məhbusları danışdırmaq üçün ölənə
qədər işgəncə etmək olar, işgəncəylə
məhbusu öldürən məmur axirətdə sorğu-sual olunmayacaq”. B. Muğanlı məruz qaldığı
işgəncələrdən də danışıb: “Zindanda
işgəncə üçün otaqlar var. Muğan
zindanında əlimi, qolumu stola
bağlayıb huşumu itirənə qədər şallaq
vurdular. Şallaq avtomobil təkərinin materialında olan möhkəm və yoğun
kabellərdir. Bir şallaq dəyən yerə
ikinci dəfə vuranda ət partlayır. Ona
görə də şallaqdan çıxan adamın
bədəni yara olur. Sonra yaralarıma
daha çox əziyyət vermək üçün vannaya duzlu su töküb məni
vannaya saldılar. Duz qanlı yaraları
daha da göynədir. Kameraya
apararkən isə üstümə buzlu su
tökdülər. Qış olduğu halda elə sulu
paltarla da gətirib kameranın beton döşəməsinə atdılar. Bu işgəncə
dəfələrlə təkrar olunurdu. Tək mənə
yox, zindandakı bütün məhbuslara
belə əziyyətlər verirdilər”. O bildirib ki, 1981-ci ildə zindanda
onu qolu və iki qabırğası sınana
qədər döyüblər: “Heç bir tibbi yardım
göstərmədilər. Qabırğalarım öz-özünə
bitişdi. Başqa bir işgəncə üsulu isə
unitazı aşağıdan bağlayıb, sidik və nəcislə dolandan sonra məhbusun
başını unitaza salıb, nəcisi
yedirtməkdir. Aylarla hamam
görmürdük, elə olurdu ki, 24 saat
tualetə getməyə qoymurdular”. B. Muğanlı məhbusların üzləşdiyi
digər işgəncələrdən də söz açıb:
“Gecə saat 4-5-də məhbusu oyadıb
yalandan məhkəmə qururdular.
Amma məhbus bunun gerçək
olmadığını bilmirdi. Sonra da edam hökmü çıxarıb güllələmək üçün
aparırdılar. Nişan alıb məhbusun
başının üstündən atəş açırdılar. Sonra
da zarafat etdik deyib, təkrar
kameraya aparırdılar. Öldürməsələr
də, həmin məhbusun nələr çəkdiyini təsəvvür etmək olar. İnsana bu cür
ruhi işgəncələr də verilirdi. Onlar üçün
bu, adi əyləncə idi. Mənim də başıma
buna oxşar oyunlar gəlib”. B. Muğanlı deyib ki, 1982-83-cü
illərdə edama məhkum olunanlar da
onlarla birlikdə saxlanılıb: “Sonralar
onları ayrıca saxladılar. Hər səhər saat
4-5 arası güllə səsləri eşidirdik. Elə
gün olmurdu ki, kimisə edam etməsinlər. “Evin” zindanında hər gün
10-15 məhbus edam olunurdu. Hər
kəs ölümünü gözləyirdi. Bəzən səhv
salıb günahsız adamları da edam
edirdilər. Şeyx Sadiq Xalxali fətva
vermişdi ki, kimsə səhvən edam olunarsa, yeri behiştlikdir. Yəni
narahat olmayın, kimsə yalnışlıqla
öldürülərsə, cənnətlik olacaq”. 1986-cı ildə Urmiyada anadan olan,
2011-ci ilin mart ayından Türkiyədə
yaşayan siyasi mühacir Nəvid Sultani
deyib ki, Seyid Cəfər Pişəvərinin
rəhbərliyi altında qurulmuş Milli
Hökumətin 2007-ci ildə ildönümünə hazırlaşıblar: “Urmiyada dostlarımla
birgə bu mərasim üçün elan
hazırlamışdıq. Elanda Pişəvəri
haqqında məlumat və Milli Hökumətin
ildönümü ilə bağlı təbrik yazmışdıq.
Elanları əhaliyə paylamamış, axşam saat 21:00-da “Ettelaat”ın məmurları
evimi basıb, məni həbs etdilər. Axtarış
zamanı 4000 ədəd həmin elandan
tapdılar. O gün mənimlə birgə 6
dostumu da tutdular. Bizi “Ettelaat”a
apardılar. Çox sorğu-sualdan sonra mənə dedilər: “Niyə o tay - bu tay
haqqında danışırsınız? Heç
tanımadığınız halda, nə üçün o taya
can atırsınız, güvənirsiniz? Əgər sənə
Quzey Azərbaycan maraqlıdırsa, öz
hesabımıza göndərək, get gəz, dolaş, kef elə. İstəyirsən, səni orada
oxutduraq. Amma bu fikirlərindən əl
çək. “Ettelaat”ın Urmiya şöbəsində Vəkili
soyadlı bir məmur var. Bizim şəhərdə
həbs olunan milli fəallar onu yaxşı
tanıyırlar. Azərbaycan türkü olsa da,
bütün siyasi məhbuslara o, işgəncə
verir. Məni 25 gün tam qaranlıq otaqda saxladılar. Gün üzü
görmürdük. Nə zaman səhər, nə vaxt
axşam olduğunu bilmirdim. Yemək
isə suda bişmiş 4-5 noxud idi. Hazırda
ABŞ-da yaşayan Həsən Əsədi var.
Onun dırnaqlarını çəkib çox işgəncə verdilər. Hətta özü danışırdı ki, sağ
qaldığına inanmayıb, öldüyünü zənn
edib. Bundan əlavə, Qulamhüseyn Rüstəmi
adlı dayım var idi. İxtisasca həkim
olsa da, milli fəaliyyətinə görə
dəfələrlə həbs olunmuşdu. Zindanda
ütü ilə kürəyini, ayaqlarını
yandırmışdılar. Sonuncu dəfə tutulanda “Evin” zindanına saldılar.
Orada işgəncə ilə öldürüldü. Cəsədini
bizə vermədilər. Harada, necə dəfn
olunduğunu indiyədək bilmirik”. 1969-cu ildə Tehran doğulan, hazırda
Danimarkada yaşayan siyasi mühacir
Əhməd Qaşqay isə deyib ki, Qarabağ
müharibəsi başlayanda Tehranda
aksiyalar keçiriblər: “Tələbimiz o idi ki,
İran dəhlizi açsın, Qarabağdan köçən qaçqınlar bizə də gələ bilsinlər. İranda
4 milyon əfqan, 1 milyon kürd qaçqın
olduğu halda, nə üçün öz
qardaşlarımıza qucaq açmayaq? Bu
tələblə keçirilən aksiyalara mən də
qoşuldum. Sonra 1993-cü ildə Qarabağa döyüşə getdim. Kəlbəcərdə
döyüşdüm. 6 aydan sonra İrana
qayıdanda həbs olundum. Şiraz və
İsfahan zindanlarında 10 ay yatdım.
Çox işgəncə gördüm. O qədər
döyürdülər ki, tərləyirdim, sonra venama 2 iynə vurub, cərəyan
verirdilər. Cərəyandan sonra saçım,
qaşım, qollarımdakı tüklər buz
bağlayırdı. 16 gün gecə-gündüz
yatmağa qoymadılar. Bu işgəncələri
özü çəkməyən anlaya bilməz. 16 gün hündürlüyü yarım metr olan yerdə
saxladılar. Ancaq oturmaq olardı,
qalxanda başım tavana dəyirdi. Tualet
də, yemək-içmək də ora idi. Bədənimə
heyva yağı sürtüb, üstümə siçovulları
buraxırdılar. Bədənimdə siçovulların dişləmədiyi yer qalmırdı. Başqa bir
işgəncə isə bu idi ki, gen şalvar
geyindirərək şalvarın içinə pişik salıb
suya atırdılar. Pişiyə su dəydikcə
bədənimi cırmaqlayırdı. Həbs ediləndə
75 kilo idim, 10 ayın içində 42 kiloya düşdü. Ən pisi isə məni həmin
vəziyyətdə anama göstərmələri oldu.
Bu işgəncələri başqa siyasi fəallara da
verirdilər. İnsan özünü bilmir, dəli
olduğunu sanır. İşgəncə verənlər elə
düşünürlər ki, İslamın əmrini yerinə yetirirlər Çünki onları din adına
inandırıblar ki, siyasi məhbuslara nə
qədər çox işgəncə versən, behiştə bir
o qədər asan gedəcəksən. Məni
Tehran zindanına apararkən qaçdım”. 1963-cü il Təbriz doğumlu, hazırda
Azərbaycan Respublikasında yaşayan
siyasi mühacir A. Təbrizli isə vaxtilə
Tehranda “İran-Sovet Cəmiyyəti”
fəaliyyət göstərən təşkilatdan Quzey
Azərbaycana aid Azərbaycan dilində xeyli kitab alıb: “1981-ci ildə axşam
saat 11-də evimə basqın edib, məni
tutdular, kitablarım da müsadirə
olundu. Onda “Ettelaat” hələ
formalaşmamışdı, İnqilab Komitəsi
vardı. Məni 2 gecə orada saxlayıb, sonra “Evin” zindanına saldılar. 18 ay
həbsdə qaldım. Hər gün məhbusların
işgəncə səsini eşidirdik. Kameradakı
otaq yoldaşım da azərbaycanlı idi.
Ayağının altına o qədər şallaq
vurmuşdular ki, əti parçalanıb, sümüyü çıxmışdı. Başqa bir
məhbusun isə ayağını güllələmişdilər.
Tibbi yardım göstərilmədiyindən
ayağı çürümüşdü, çox pis qoxu
verirdi. Kamerada onun yarasının
qoxusundan durmaq olmurdu. Üç yaxın dostumu güllələdilər. Rejim heç
kəsə rəhm etmirdi. Zindanda hamilə
qadınlar da vardı. Onları da edam
etdilər. Məmurlar hər axşam
kameraya gəlib təklif edirdilər ki, kim
bu gecə öldürüləcək məhbuslara güllə açmaq istəyir? Bizim kamerada
Hüseyn Adəm adlı bir fars məhbus
vardı. O, razılaşıb getdi. Qayıdanda
gördük ki, qolları dirsəyədək qandır.
Dedi ki, 4-5 adamın beyninə və
ürəyinə atəş açıb. Sonra da cəsədləri yük maşınına yığmağa kömək edib.
Hüseyn Adəmi bu əməlinə görə
kamerada daha heç kim
danışdırmadı. Cəsədləri aparıb gizlincə
dəfn edirdilər, məzarı da olmurdu.
Ailəsinə isə bir aydan sonra üstündəki əşyalarını qaytarırdılar. Hər güllənin
pulunu öldürdükləri adamın
ailəsindən alırdılar. Kommunistləri
erməni qəbiristanlığının yanındakı
“Lənətabad” deyilən yerdə
basdırırdılar”. ABŞ-da siyasi mühacir həyatı yaşayan
S. Süleymaninin sözlərinə görə, onun
əmisi oğlu Nasir Derazşəmşir 4 ay
əvvəl Muğanda Cəfərabad şəhərində
tutulub: “Hazırda “Ettelaat”da
saxlanılır. Bakı Dövlət Universitetində magistr təhsili alıb. Azərbaycan
mədəniyyəti ilə maraqlanır, bu
mövzuda kitablar alıb İrana aparırdı.
4 ayda bir dəfə anasıyla görüşməyə
icazə verdilər. Anası 5 dəqiqə oğlunu
görə bilib. Nasirin üz-gözü yara içində olub. Anasına deyiblər ki, “oğlun bizə
yardım etmir. Ona görə də saxlayıb
zindana vermirik”. Əmim oğluna vəkil
tutmağa da icazə verilmir”. 1987-ci il Şirvan doğumlu, 2010-cu
ildən Türkiyədə yaşayan siyasi
mühacir Bəhruz Əlizadə isə orta
məktəbdə oxuyandan milli
mübarizəyə qoşulub: “Ərdəbildə hər
ay Güney Azərbaycan Milli Hərəkatının məqsədi, İrandakı azərbaycanlıların
haqları ilə bağlı məlumatlar yazılan
5000 ədəd gecəlik (1-2 səhifəlik
bildiriş vərəqələri) çap edib gizlin
şəkildə evlərin qapısına atıb qaçırdıq.
Sonra gördük ki, insanlar gecəlikləri almağa, oxumağa qorxurlar. Öz
hüquqlarını tələb etməyin hər kəsin
təbii haqqı olduğunu izah etmək,
insanların gecəlikləri qorxmadan
qəbul etməsi üçün biz vərəqələri gizlin
yox, açıq şəkildə paylamağa qərar verdik. Mən bazara gedib vərəqələri
oradakı soydaşlarımıza verirdim.
Əlimdə son bir neçə gecəlik qalmışdı
ki, məni “Ettelaat”ın məmurları
tutdular. Beləcə 2005-ci il martın 15-
də 18 yaşımda ilk dəfə həbs olundum. Məni “Ettelaat”ın Ərdəbil şöbəsinə
aparıb dedilər: “Hələ uşaqsan, səni
aldadıblar. Bunların hamısı Quzey
Azərbaycanın işidir. Onlar acından
ölürlər. İstəyirlər ki, bizi də İrandan
ayırıb öz köklərinə salsınlar” kimi ifadələr işlətməyə başladılar. Mən
deyilənlərə inanmadım. Çünki bizə
milli fəallar əvvəlcədən danışmışdılar
ki, həbs olunsanız, sizə belə sözlər
deyəcəklər, inanmayın. Çox sorğu-
sualdan, hədə-qorxudan sonra məni buraxdılar. Qorxutduqlarını zənn
etdilər, amma mən oradan çıxan kimi
milli fəal Abbas Lisaninin dükanına
getdim. Yenə də öz fəaliyyətimdə
davam etdiyim üçün bir neçə dəfə
həbs olundum, 31 ay Ərdəbil zindanında qaldım. Sonuncu dəfə
2008-ci ildə tutuldum. Evdə yatmağa
hazırlaşırdım. Gecə saat 23:00-da
dostum zəng edib dedi ki, səninlə işim
var, Həsənabad körpüsünə gəl
görüşək. Ürəyimə damdı ki, nəsə başqa məsələdir. Anama dedim ki, bir
saata gəlməsəm, kompyuterimi
bacımgilə verərsən. İçərisində
dostlarımla bağlı məlumatlar var idi,
istəmədim ələ keçsin. Körpüyə
yaxınlaşanda gördüm ki, dostum körpünün dəmir məhəccərinə
söykənib, tərpənmir. Yaxınlaşanda
gördüm ki, əlləri məhəccərə
qandallıdır, üz-gözü döyülməkdən
qan içindədir, dişləri də tökülüb. Məni
görəndə dedi: “Bəhruz, məni bağışla!” Yaxınlaşıb, üzündən öpüb
utanmaması üçün dedim: “Canın sağ
olsun qardaşım, milli mübarizədə olan
işdir”. Məni həbs edib, yenə Ərdəbil
zindanına saldılar. İstintaq zamanı
əllərimə, ayaqlarıma qandal vurub, sonra da hər iki qandalı üçüncü
qandala birləşdirib, kürəyimdə ağır
çəkili məmur otururdu. Həbslə yanaşı,
məhkəmə mənə 50 şallaq cəzası da
vermişdi. Onu da deyim ki, elə milli
fəallar var ki, şallaq vuranı və hakimi öz əqidəsinə inandırmaq üçün
paltarlarını çıxarıb, çılpaq bədənə
şallaq vurdururlar. Beləcə mən İranda
tam cəzamı çəkdim. Amma azadlığa
çıxandan sonra təqiblər bitmədi. Kim
mənimlə yoldaşlıq edirdisə, həbs edib sorğu-suala çəkirdilər. Gördüm
daxildə istədiyim kimi mübarizə apara
bilməyəcəyəm, 2010-cu ilin
noyabrında İrandan qaçdım ki,
mücadiləmi daha azad şəkildə
xaricdən davam etdirim”. 1970-ci il Ərdəbil doğumlu, hazırda
ABŞ-da yaşayan siyasi mühacir T.
Bayraqçı isə 3 il, 7 ay, 19 gün “Evin”
zindanında qalıb: “Vermədikləri
işgəncə qalmadı. 2006-cı ildə “İran”
adlı dövlət qəzetində azərbaycanlılar tarakana bənzədilərək təhqir
olunmuşdu. Təhqirə etiraz
edənlərdən biri də mən oldum. Buna
görə həbs edib “Evin” zindanına
saldılar. Soruşdurma zamanı tanıdığım
milli fəalların adlarını istədilər, türkçülüklə bağlı fəaliyyət
göstərməməyimi tələb etdilər. Qəbul
etmədim. Bədənimə bir neçə dəfə dağ
basdılar, 4 dırnağımı çəkdilər. Cinsi
orqanlarımı əzdilər, qulağıma yağ
tökdülər. Gördülər danışmıram, dilimi kəsdilər. İndi danışa bilmirəm,
fikirlərimi ancaq yazaraq bildirirəm.
Həbs olunanda 118 kilo olduğum
halda, zindandan çıxanda 64 kilo
qaldım. Amma ən çətini, dözülməz
olan ruhi işgəncədir. Bu qədər əziyyətə dözüb danışmadım,
ağlamadım. Amma qulağım eşidə-
eşidə namusuma söyəndə dözə
bilmədim, danışmasam da, ağladım”.
 
Durum
Üzgünüz bu konu cevaplar için kapatılmıştır...

Benzer Konular

Silinen Üye 2625978
Cevap
1
Görüntüleme
410
Silinen Üye 2625978
Cevap
0
Görüntüleme
303
Silinen Üye 2625978
Cevap
1
Görüntüleme
859
nina16


Üst Alt