Ismayilov_Elcin
Üye
Iran Turkun olub Turkun Olacaq
Azerbaycani tehtid eden fars generalina cavab olaraq yazilib
Mənə “Aranlısan” deyən general,
Doğdu cavab haqqım, cavabını al,
Gün gələr, çin çıxar qurduğun xəyal,
Sənə ağır olar qorxuram, ancaq
İran Türkün olub, Türkün olacaq!
Sən dünən çıxıbsan köhnə əbamdan,
Mənə xox gəlirsən doğma obamdan?
İran miras qalıb ulu babamdan.
Xətai sancıbdır o yurda sancaq
İran Türkün olub, Türkün olacaq !
Bir vaxt söz deməzdin sözüm üstünə,
Yoxsa kor olardın özün tüstünə.
Mən sənin dilini gözüm üstünə
Qaldırıb açmışdım qardaşa qucaq,
Sən mənim dilimi xor gördün ancaq.
Sən zülmə qərq etdin İran elini,
Cəhlin dili etdin doğma dilini.
İndi uzadırsan mənə əlini?
O əl öz saçını dönüb yolacaq
İran Türkün olub Türkün olacaq !
Yorulub dövr etdim sənə növbəni,
Sən isə geyinib qara cübbəni,
Yağıya buraxdın Məkkə, Kəbəni.
Mənimmi yurdumda olubsan qoçaq?
İran Türkün olub Türkün olacaq !
Yoxsa yorğun Türkü sanaraq ölü
Yerinə qoymursan nöqtə, vergülü?
Qalxib ələyəndə başına külü
Sənə dar gələcək girdiyin bucaq -
İran Türkün olub, Türkün olacaq !
Yəqin utudubsan Alp r Tonqanı,
Məhəmməd Qacarı, Səlcuq sultanı.
O Uzun Həsəni, o Qazan xanı
Darıxma, yadına biri salacaq -
İran Türkün olub, Türkün olacaq!
Bəli, Böyük İran Arandan keçir,
İrəvandan keçir, Muğandan keçir.
Turana gedən yol İrandan keçir.
İransız qurulmaz bu ŞANLI OCAQ,
İran Türkün olub, Türkün olacaq!
Mənə “Aranlısan” deyən general,
Doğdu cavab haqqım, cavabını al,
Gün gələr, çin çıxar qurduğun xəyal,
Sənə ağır olar qorxuram, ancaq
İran Türkün olub, Türkün olacaq!
Sən dünən çıxıbsan köhnə əbamdan,
Mənə xox gəlirsən doğma obamdan?
İran miras qalıb ulu babamdan.
Xətai sancıbdır o yurda sancaq
İran Türkün olub, Türkün olacaq !
Bir vaxt söz deməzdin sözüm üstünə,
Yoxsa kor olardın özün tüstünə.
Mən sənin dilini gözüm üstünə
Qaldırıb açmışdım qardaşa qucaq,
Sən mənim dilimi xor gördün ancaq.
Sən zülmə qərq etdin İran elini,
Cəhlin dili etdin doğma dilini.
İndi uzadırsan mənə əlini?
O əl öz saçını dönüb yolacaq
İran Türkün olub Türkün olacaq !
Yorulub dövr etdim sənə növbəni,
Sən isə geyinib qara cübbəni,
Yağıya buraxdın Məkkə, Kəbəni.
Mənimmi yurdumda olubsan qoçaq?
İran Türkün olub Türkün olacaq !
Yoxsa yorğun Türkü sanaraq ölü
Yerinə qoymursan nöqtə, vergülü?
Qalxib ələyəndə başına külü
Sənə dar gələcək girdiyin bucaq -
İran Türkün olub, Türkün olacaq !
Yəqin utudubsan Alp r Tonqanı,
Məhəmməd Qacarı, Səlcuq sultanı.
O Uzun Həsəni, o Qazan xanı
Darıxma, yadına biri salacaq -
İran Türkün olub, Türkün olacaq!
Bəli, Böyük İran Arandan keçir,
İrəvandan keçir, Muğandan keçir.
Turana gedən yol İrandan keçir.
İransız qurulmaz bu ŞANLI OCAQ,
İran Türkün olub, Türkün olacaq!
