31 Aralik

Sponsorlu Bağlantılar

Durum
Üzgünüz bu konu cevaplar için kapatılmıştır...
Ismayilov_Elcin

Ismayilov_Elcin

Üye
    Konu Sahibi
31 Aralik
31 Aralik Azerbaycan Türklerinin hemreylik günü mes bu gün Güney Azerbaycanla Kuzey Azerbaycani bölen SSRI ile Iran siniri acilmis bir kac günlük halkin kavusmasi bas vermisdir.
 
Ismayilov_Elcin

Ismayilov_Elcin

Üye
    Konu Sahibi
Azərbaycan türk millətinin milli birlik günü kimi qeyd olunan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü müxtəlif dövrlərdə aparılan
məkrli, işğalçı siyasət nəticəsində
parçalanmış Azərbaycanın, o taylı – bu
taylı millətin birləşmək istəyinin ifadə
olunduğu bir gündür. 1989-cu il dekabrın axırlarında millətimizin
birləşmə istəyi ilə Güney və Quzey
Azərbaycan arasındakı sərhəd
dirəklərinin sökülməsi Azərbaycanın
bütövləşməsinə doğru gedən prosesin
təməlini qoymuş oldu. Bu gün Azərbaycanın şimal hissəsi müstəqil
olsa da, Güney Azərbaycanda yaşayan
30 milyondan artıq azərbaycan türkü
totalitar və işğalçı fars rejiminin işğal və
əsarəti altındadır. Uzun illərdir ki,
şovinist fars rejimləri tərəfindən onların hüquq və azadlıqları kobud
şəkildə pozularaq, milli – mənəvi
varlıqlarının məhv edilməsi
istiqamətində siyasət aparılır. Bütün
bunlara baxmayaraq, millətimiz
qurtuluş və milli dövlətçilik uğrunda mübarizəsini davam etdirməkdədir.
Son illərdə Güney Azərbaycanda
kütləviləşən milli azadlıq mübarizəsinin
nəticəsidir ki, millətimizin öz
müqəddaratını təyinetmə istəyi bir sıra
dövlətlərin rəsmi qurumlarında gündəmə gətirilir.
Güney Azərbaycan Milli Azadlıq
Cəbhəsi (GAMAC) dünyada yaşayan
Azərbaycan türklərini 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik
günü münasibətilə təbrik edir və bəyan edir ki, Güney Azərbaycanın
milli dövlətçiyə doğru apardığı
mübarizə və milli dövlətimizin
qurulması, müstəqil Azərbaycanın
erməni təcavüzkarları tərəfindən işğal
olunmuş ərazilərinin işğaldan azad olunması dünyada yaşayan 50
milyondan artıq azərbaycan türkünün
azərbaycançılıq və türkçülük idеyası
ətrafında həmrəyliyindən və
birliyindən keçir.
 
Durum
Üzgünüz bu konu cevaplar için kapatılmıştır...

Benzer Konular



Üst Alt